Rusiya xaricdə hərbi gücünü artırır

“Kante aviabazasının aviasiya tərkibi artırılıb”…

“Kante aviabazasının aviasiya tərkibi artırılıb”.

Rusiya xaricdə hərbi bazalarını möhkəmləndirir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu III Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya xaricdə hərbi bazalarını möhkəmləndirir, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin hərbi qüvələrinin gücləndirilməsində iştirak edir.

“Son vaxtlar Rusiya hərbi bazalarının Tacikistan və Qırğızıstanda möhkəmləndirilməsi üçün tədbirlər görülüb. Qırğızıstanda yerləşən Kante aviabazasının aviasiya tərkibi artırılıb”. 

www.oxu.az