Rusiya XİN: Moskvada Dağlıq Qarabağ nizamlamasının aktual məsələləri müzakirə olunub

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu formatında praktiki məsləhətləşmələrin davamı olaraq martın 12-də Moskvada Rusiya xarici işlər nazirinin müavini – stats-katib Qriqori Karasinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib…

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupu formatında praktiki məsləhətləşmələrin davamı olaraq martın 12-də Moskvada Rusiya xarici işlər nazirinin müavini – stats-katib Qriqori Karasinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı xəbərdə deyilir.

Görüşdə Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələləri müzakirə olunub.

Daha sonra Uorlik “Twitter ” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb ki, Moskvada keçirilən məsləhətləşmələr konstruktiv olub və ABŞ, Rusiya və Fransa sülh prosesinə dəstək göstərmək üçün birlikdə işləməyə davam edirlər.

 

/Trend/