Rusiyada Azərbaycan vətəndaşı qətl törətməkdə şübhəli bilinərək həbs edilib

Rusiyanın Çelyabinsk vilayətindəki Klyuçi kəndində yerli sakinin öldürülməsində şübhəli bilinən Azərbaycan vətəndaşı haqqında cinayət işi açılıb…

 

Rusiyanın Çelyabinsk vilayətindəki Klyuçi kəndində yerli sakinin öldürülməsində şübhəli bilinən Azərbaycan vətəndaşı haqqında cinayət işi açılıb.

 

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, istintaqın versiyasına əsasən, Mobil Hacı oğlu Nehrəliyev yanvarın 14-də içkili vəziyyətdə Klyuçi kəndində şəxsi evlərdən birində mübahisə zamanı yerli sakinin başına və qarnına çoxsaylı bıçaq zərbəsi endirib. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən ölüb.

 

Məhkəmə M. Nehrəliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsinə qərar versə də, hələlik rəsmi ittiham irəli sürülməyib. M. Nehrəliyevin Rusiya ərazisində qanuni yaşayıb-yaşamadığı araşdırılır.

/Apa/