Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov iyulun 11-də əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popovu, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Trend-in məlumatına görə, bu barədə XİN-in məlumatında deyilir.
Məsləhətləşmələr zamanı iyunun 24-də Kazanda keçirilən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin, eləcə də Rusiya, ABŞ və Fransanın danışıqlar prosesində vasitəçi kimi qəbul edəcəkləri sonrakı rəylər nəzərə alınmaqla, Minsk qrupunun həmsədri olan ölkələrin işinin gələcəkdə əlaqələndirilməsi məsələləri müzakirə olunub.
Kazanda keçirilən müzakirələrin yekunları üzrə Rusiya Prezidenti Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyana son vaxtlar üç prezidentin formatında və ATƏT-in Minsk qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın nümayəndələrinin iştirakı ilə müzakirə olunan Dağlıq Qarabağ məsələsinin həllinin görüntüləri haqqında təkliflə məktub hazırlayıb… Trend.