Rusiyaya qarşı sanksiyalar Qazaxıstan və Tacikistana zərbədir

“Biz Rusiya iqtisadiyyatında baş verənlərdən narahatıq”…

“Biz Rusiya iqtisadiyyatında baş verənlərdən narahatıq”.

Əgər Rusiya iqtisadiyyatında vəziyyət pisləşməyə davam edərsə bu, dolayı yolla Qazaxıstan iqtisadiyyatına da təsir edəcək.

Oxu.Az Mərkəzi Asiya portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın prezidenti Astanada görüş zamanı Nursultan Nazarbayevdeyib, “Akord” mətbuat xidməti bildirib.

“Bu gün bir çox ölkələr dünya iqtisadiyyatında çətinliklərlə bağlı böyük çağırışlarla üzbəüz qalıb. Qeyri-sabitliyin kəskinləşməsi prosesinə Ukraynadakı vəziyyət və Rusiya ilə Avropa ölkələri arasında qarşılıqlı sanksiyalar neqativ təsir edir. Rusiya bizim strateji partnyorumuz, sıx əlaqələrimiz olan yaxın qonşumuzdur. Əgər Rusiya iqtisadiyyatında vəziyyət pisləşməyə davam edərsə bu, dolayı yolla Qazaxıstan iqtisadiyyatına da təsir edəcək”, Nazarbayev bəyan edib.

Əmək mühacirlərinin, xüsusilə də Rusiyadan pul köçürmələrinin əsas hərəkət hissəsi olan Tacikistanın inkişafı, öz növbəsində hökumətə yoxsulluğu azaltmaqda yardım etsə də iqtisadiyyatın və dövlət büdcəsinin daxili şoklara qarşı zəifliyini artırdı.

Oxu.Az ASİA-Plus-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Bankının İqtisadi idarə və Avropa və Mərkəzi Asiya regionunda yoxsulluqla mübarizə Departamentinin mühazirəsində deyilir.  

“Tacikistan üçün əsas risk dünya iqtisadiyyatının inkişaf templərinin inkişafının ləngiməsi, pul köçürmələrinin azaldılması və ixracın azalması ilə bağlıdır. Rusiyada iqtisadi inkişafın templərinin proqnozlaşdırıldığından daha az olması (burada Tacikistandan 90% mühacir məşğuldur) daxili tələbatın azalmasına və iqtisadi inkişafın ləngiməsinə və dövlətin gəlirində neqativ əks olunmasına gətirib çıxara bilər, bu isə baza ssenarisində ehtimal edilən büdcə defisitindən artıq ola bilər”, – Ümumdünya Bankının analitikləri hesab edir.

Daha öncə Tacikistanın maliyyə nazirinin birinci müavini Camoliddin Nuraliyev Financial Times jurnalına müsahibəsində bəyan edib ki, Tacikistanda artıq Rusiya iqtisadiyyatında vəziyyətin pisləşməsi hiss edilir, bu səbəbdən də respublika fəal şəkildə Çin sərmayəsini cəlb etməyə çalışır.

Nazir müavini qeyd edib ki, Ümumdünya Bankının hesablamalarına əsasən ÜDM-in 45%-ni təşkil edən tacik mühacirlərinin Rusiyadan pul köçürmələri azalır.

Bəzi məlumatlara görə Rusiyada bu gün səkkiz milyonluq Tacikistanın 1 milyondan artıq vətəndaşı çalışır. Cari ilin birinci rübündə tacik mühacirlərinin pul köçürmələrinin məbləği son beş il müddətində ilk dəfə azalıb.  

“Biz Rusiya iqtisadiyyatında baş verənlərdən çox narahatıq. Ümid edirik ki, gələn il vəziyyət sabitləşəcək”, – Nuraliyev bildirib.

www.oxu.az