Səudiyyə şahzadəsi neftin qiymətinin enməsindən narahatdır

“Dəqiq strategiya hazırlayıb, həyata keçirmək lazımdır”…

“Dəqiq strategiya hazırlayıb, həyata keçirmək lazımdır”

Səudiyyə milyarderi şəhzadə Əl-Valid ibn Talal krallığın neft nazirliyinin rəhbəri Əli əl-Naimiyə və digər nazirlərə açıq məktub yollayıb.

Məktubda krallığın əsas ixrac məmulatı və büdcənin gəlir mənbəyi olan neftin qiymətinin və ona olan tələbatın azalmasından narahatçılığını ifadə edib.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, şəhzadə əl-Naiminin şərhi onu təəccübləndirir, KİV-nin məlumatlarına görə, nazir bir barel üçün neftin qiymətinin 100 dolardan aşağı düşməsi ilə riskləri “şişirdilimiş” hesab edir.

“2014-cü ilin büdcəsi [krallığın] 90% ondan [neftdən] asılıdır, bunu [qiymətlərin enməsini] lazımınca qiymətləndirməmək məhfedicidir və diqqətdənkənar qala bilmə”, – şəhzadə yazıb. Əgər ölkə yenədə əvvəlki kimi 100% neftin ixracatından asılı olacaqsa kataklizm qaçınılmazdır, milyarder xəbərdarlıq edib.

BVF-nun qiymətləndirmələrinə görə, krallığın defissitsiz büdcəsi 2014-cü ildə neftin qiymətinin orta hesabla bir barel üçün 86,1dollar səviyyəsində təmin edilir. Əl-Valid xəbərdarlıq edir ki, qiymətlərin enməsinin davam etməsi milli büdcənin 2014-2015-ci illərdə milyardlarla rialı almamasına gətirib çıxaracaq. Amma ekspertlər Səudiyyə iqtisadiyyatı üçün əsaslı risk görmürlər: ilin əvvəlindən neftin orta hesabla qiyməti bir barel üçün 106 dollardır, bundan başqa ölkə lazım olduğu halda işə sala biləcəyi maliyyə ehtiyatlarına malikdir (Səudiyyə Ərəbistanının valyuta ehtiyatı 757 milyard dollardır).

Öz məktubunda şəhzadə ölkə hakimiyyətini krallığı beynəlxalq bazarlardan qorumağa çağırıb. Bunun üçün onun fikrincə, iqtisadiyyatın neftdən asılılığını azaltmaq və gəlir mənbələrini dəyişmək lazımdır: “dəqiq strategiya hazırlamaq və onu həyata keçirmək lazımdır”. Əl-Validin sözlərinə görə, ölkədaxili neft istifadəsini azaltmaq lazımdır, paralel olaraq nüvə və günəş enerjisi layihələrini, eləcə də  downstream seqmentini inkişaf etdirmək lazımdır.

Səudiyyə Ərəbistanın iqtisadiyyatının diversifikasiya proqramı bir neçə ildir ki fəaliyyətdədir. O zamandan bəri Ər-Riyad çox az şeyə nail olub – aviasiya sektorunu liberallaşdırıb, kiçik servis və texnoloji şirkətlərin maliyələşdirmə layihələrini işə salıb.   

Əl-Valid ibn Talal krallığın neft naziri ilə ictimai polemikaya girib. Məsələn, may ayında miyarder bəyan edib ki, Əli əl-Naimi ABŞ-da hasil edilən neftin çatdırılmasının Səudiyyə Ərəbistanı üçün daşıdığı təhlükəni yetərincə qiymətləndirmədiyini bəyan edib.

Şəhzadə Əl-Valid hesab edir ki, belə hasilatların artırılması Səudiyyə Ərəbistanına neft hasilatının sutkada 15 milyon barelə çatdırılmasına imkan verməyəcək. məhz bu göstərici bir neçə il bundan öncə məqsəd kimi qarşıya qoyulub. Hal-hazırda krallıq sutkada 12,5 milyon barel neft hasil edir.

Keçən həftə səudiyyə məmurları bazar iştirakçlarına qarşıdakı bir neçə il ərzində neftin bir bareli üçün qiymətin 80 dollar olacağının istisna olmadığın açıqlayıblar. Amma ölkə dünya neft bazarında öz payını saxlamağa hazırdır. Səudiyyə bürokratlarının əksəriyyəti ictimai bəyanatlarında, bu təhlükəyə xüsusi diqqət vermirlər, amma OPEK-in may iclasının iştirakçıları bu problemi müzakirə edərək onun tədqiqi üçün komisiyanın təşkil edilməsi qərarına gəliblər.

OPEK aylıq hesabatında proqnoz verib ki, kartel iştirakçılarının əldə etdikləri neftə olan gündəlik tələbat 2014-cü ildə 250 min bareldən 29,61 milyon barelə enəcək. tələbatın azalmasının səbəbini təşkilat OPEK-ə daxil olmayan ölkəlrdən, əsasən də ABŞ-dan neftin çatdırılması ilə izah edib.

www.oxu.az