Səməd Seyidov: Ermənistan sülh danışıqları aparmaq iqtidarında deyil

Azərbaycan tərəfi bütün beynəlxalq ictimaiyyətə bildiriş verib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırdır…

Azərbaycan tərəfi bütün beynəlxalq ictimaiyyətə bildiriş verib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentində uydurma “Dağlıq Qarabağ Respublikası “nın müstəqilliyinin gündəmə gətirilməsinə münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

 

S.Seyidov bildirib ki, Ermənistan parlamentdə uydurma “Dağlıq Qarabağ Respublikası “nın müstəqilliyini gündəmə gətirməklə özünü ifşa edir: “Ermənistan bununla göstərir ki, həm sülh danışıqları aparmaq iqtidarında deyil, həm də öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil. Əminəm ki, Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası “nı tanımaq cəhdinin də nəticəsi olmayacaq. Bunun hansısa nəticəsi olsa belə, Ermənistanın ziyanına olacaq “. /Trend/