2013-cü ilin müvafiq dövrünə nisbətən sərnişin daşınması 6,2% artıb…
2013-cü ilin müvafiq dövrünə nisbətən sərnişin daşınması 6,2% artıb.
Nəqliyyat kompleksində fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən yanvar ayında 16,5 milyon ton yük daşınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata görə, yanvarda 132,2 milyon nəfər sərnişin daşınıb.
2013-cü ilin müvafiq dövrünə nisbətən yük daşınması 0,7%, sərnişin daşınması 6,2% artıb.
Yük daşınması avtomobil nəqliyyatı ilə 5,7%, hava nəqliyyatı ilə 29,9%, sərnişin daşınması avtomobil nəqliyyatı ilə 7,0%, metro ilə 1,5%, hava nəqliyyatı ilə 5,8% artıb.
/oxu.az/