Saakaşvili: Rusiya Tbilisini almaq üçün yol çəkir

Gürcüstan prezidenti hesab edir ki, Azərbaycana dair də müəyyən planlar var…

Gürcüstan prezidenti hesab edir ki, Azərbaycana dair də müəyyən planlar var.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, cəmiyyət ölkədə baş verən proseslərə reaksiya verməli və hakimiyyətdən funksiyasını yerinə yetirməyi tələb etməlidir, Oxu.Az Qruziya Online-a istinadən xəbər verir.

“Rusiyanın siyasətinə [cəmiyyət] və avar-kaxetiya yolunun tikilməsinə reaksiya verilməlidir. Biz indi onlardan bu yolun – hərbi yolun nə üçün istifadə ediləcəyini deməyə məcbur etməliyik”, – eks-prezident bəyan edib və Putinin addımlarını hakimiyyətə xatırladır.

“Bu insan, Putin deyir ki, yol ona hərbi texnika üçün lazımdır. Bunu o 2008-ci ildə deyib. Dediyi hər şeyi edir. Oçamçir və Qalidə (Abxaziya, Qərbi Gürcüstan), dəmir yolu salındı, 350 tank yeritdi. Roksk tunelini nə üçün istifadə etdiyini hamımız gözəl bilirik. Sxinvalidə kəsmə yol ilə texnika yürütdü. Hər dəfə yol tikdikdə onu hərbi təyinatda istifadə edir”, – sabiq prezident bəyan edib.

Saakaşvili həmçinin, avar-dağıstan yolunun iqtisadi inkişafa yardım edəcəyi barədə hökumət nümayəndələrinin bəyanatlarını tənqid edib. Mixail Saakaşvilinin dəyərləndirmələrinə görə bu “provinsializmin zirvəsidir”.

Saakaşvili bəyan edib ki, avar-kaxetiya yolu Tbilisini alamq üçün lazımdır, Azərbaycana dair müəyyən planlar mövcuddur.

“Seçkilər 2016-cı ildə keçiriləcək, amma Putin yolun tikintisini yazda başa çatdırmağı planlayır, amma bizim büdcə elə yazda tar-mar olacaq, seçkilər 2016-dadır, əgər kriminal dairələr və oğrular hər şeyi ələ alsalar yüzlərlə insan həlak olacaq. Ona görə də cəmiyyət dərhal reaksiya verməlidir”, – Saakaşvili bəyan edib.

 

www.oxu.az