Saat 14.00-da orduya atəşkəs əmri veriləcək…
Saat 14.00-da orduya atəşkəs əmri veriləcək.
Sabah saat 14.00-dan etibarən Ukraynada atəşkəs elan olunacaq.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Ukrayna prezidenti Petro Poroşenko NATO-nun sammitinin keçirildiyi Uelsdə bəyan edib.
Ukrayna prezidenti bu qərarı Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kemeron, Fransanın dövlət başçısı Fransua Olland və İtaliyanın baş naziri Matteo Renzi ilə beştərəfli görüşdən sonra mediaya açıqlayıb.
O bəyan edib ki, Ukrayna heç vaxt savaş istəməyib və torpaqlarına sülhün gəlməsi üçün mümkün olan hər şeyi edəcək. Sülhə doğru atılan ilk addımın atəşkəs olduğunu bildirən Petro Poroşenko, Ukrayna-Rusiya-ATƏT və separatçıların təmsilçilərinin iştirakı ilə təmas qrupunun sabah Minskdə fəaliyyətə başladığı vaxt, yəni, saat 14.00-da orduya atəşkəs əmri veriləcəyini deyib.