Şamaxı və Astarada vətəndaşlara səyyar “ASAN xidmət ” göstəriləcək

Sentyabrın 3-dən 15-dək Şamaxı, İsmayıllı və Ağsu rayonlarının 250 mindən artıq sakini səyyar “ASAN xidmət “dən Şamaxı rayonunda, sentyabrın 3-dən 13-dək isə Astara və Lənkəran rayonlarının 315 mindən sakini Səyyar ASAN xidmətdən Astara rayonunda yararlana biləcəkdir…

Sentyabrın 3-dən 15-dək Şamaxı, İsmayıllı və Ağsu rayonlarının 250 mindən artıq sakini səyyar “ASAN xidmət “dən Şamaxı rayonunda, sentyabrın 3-dən 13-dək isə Astara və Lənkəran rayonlarının 315 mindən sakini Səyyar ASAN xidmətdən Astara rayonunda yararlana biləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər səyyar “ASAN xidmət ” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, səyyar “ASAN xidmət “in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

/Trend/