Sarkisyan döyüşə hazırlaşır

Ermənistan prezidenti payızda ordunu nəzarətə götürəcək…

Ermənistan prezidenti payızda ordunu nəzarətə götürəcək.

Dərəçiçəkdəki yay iqamətgahında jurnalistləri qəbul edən Serj Sarkisyanın bəzi çıxışları erməni mətbuatı tərəfindən payızı gərgin edəcəyini vəd edən müxalifətə xəbərdarlıq kimi qəbul edilib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə material dərc edən “Armenian Report” portalı bunu Serj Sarkisyanın müxalifətdən qorxması kimi dəyərləndirib.

Portalın fikrincə, Ermənistan prezidenti həm də kütlə qarşısında özünə inam nümayiş etdirməyə çalışır ki, qorxmadığını bəyan etsin.

Məqalə müəllifi həm də Ermənistan prezidentinin payızda həyata keçirəcəyi konstitusiya islahatları ilə müxalifəti cilovlamağa çalışajağını ehtimal edir. “Konstitusiya islahatları Sarkisyan üçün siyasi təsir vasitəsidir. Buna paralel şəkildə o, məsələni güc yolu ilə də həll etməyə çalışacaq. Sarkisyan lazım olsa ordunu da işə salacaq”,- deyə məqalədə vurğulanır.

Payızda erməni müxalifəti Sarkisyanı yıxmaqla Ermənistanın Gömrük İttifaqına girməsini əngəlləmək istəyir. Ermənistan prezidenti təbii ki, belə olan zaman müxalifətə qarşı hər vasitədən istifadə edəcək.

www.oxu.az