Sarkisyan: Fransa Ermənistanın yanındadır

“Biz dost Fransanın dəstəyini yüksək qiymətləndiririk”…

“Biz dost Fransanın dəstəyini yüksək qiymətləndiririk”.

Fransa bütün həssas və vacib məsələlərdə Ermənistanın yanındadır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Armenia Today”in verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Fransa prezidenti Fransua Ollandın şərəfinə verilən ziyafətdə çıxış edərkən deyib.

S.Sarkisyan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində atdığı ardıcıl addımları yüksək qiymətləndirdiklərini söyləyib:

“Ermənistan öz xarici siyasətinin Avropa istiqamətinin inkişafında dost Fransanın dəstəyini də yüksək qiymətləndirir. Avropa Birliyinin dəstəyi ilə bizim ölkəmizdə demokratiyanın, insan haqlarının, qanunun aliliyinin və hüquqi dövlətin möhkəmlənməsinə kömək edən geniş miqyaslı islahatlar həyata keçirilib. Ermənistan Fransanın dəstəyi ilə bu yolda işləri davam etdirməyə hazırdır”.

www.oxu.az