Seulun ictimai nəqliyyat vasitələrinin üzərində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı posterlər yerləşdirilib…
Seulun ictimai nəqliyyat vasitələrinin üzərində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı posterlər yerləşdirilib.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən Trend-ə verilən məlumata görə, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət ” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində səfirliyi tərəfindən 15 fevral – 14 mart 2014-cü il tarixlərində “Xocalıya ədalət ” adı altında və www.justiceforkhojaly.org və www.khojaly.or.kr internet saytlarında əks olunan posterlər bir ay müddətində Koreyanın paytaxtı Seul şəhərində müxtəlif istiqamətlər üzrə hərəkət edən ictimai nəqliyyat vasitələrinin (avtobusların) üzərində yerləşdirilib.
/Trend/