Şirkət İŞİD-ə görə adını dəyişdi

Satışlar xeyli azalıb…

Satışlar xeyli azalıb.

İraq və Suriyada qorxu saçan İŞİD təşkilatı 90 illik şokoladın adını dəyişməsinə səbəb olub. 

Oxu.Az aznews.az-a istinadən xəbər verir ki, İŞİD (ingiliscəsi ISIS) təşkilatı ilə eyni ada sahib olan Belçikanın şokolad markası olan ISIS ad dəyişmək qərarına gəlib. 

Ötən ilin sonlarında “Italıo Suisse” olan adını ISIS olaraq dəyişdirən şirkətin satışı xeyli azalıb. Şirkətin rəsmiləri bunu İŞİD terror təşkilatının son dövrdə adının çox hallanması ilə əlaqələndirirlər.

Şirkətin satış müdiri Desiree Libeert “Biz ISIS adını seçdik, lakin eyni adla bir terror təşkilatının olduğunu bilsəydik, bu adı əsla götürməzdik. İndi şirkətin adını yaradıcıların soyadı olan “Libeert” ilə dəyişdirəcəyik” sözlərini deyib.

Qeyd edək ki, dünyanın ən məşhur şokolad istehsalçısı olan ISIS ildə 5 min tondan çox şokolad istehsal edir və il ərzində 35 milyon avro qazanır.

www.oxu.az