Soçidə türk əhalisinə divan tutan erməniyə heykəl ucaldılacaq

“Bütün sənədlər hazırdır”…

“Bütün sənədlər hazırdır”.

Soçinin ermənilərin sıx məskunlaşdığı Nor-Luys kəndində azərbaycanlı və türk əhalisinə divan tutan Andranik Ozanyanın heykəli ucaldılacaq.   

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, bu barədə Rusiya Erməniləri İttifaqının vitse-prezidenti German Ananyanç məlumat verib. Onun sözlərinə görə, Soçi meri Anatoli Paxomov heykəlin ucaldılacağına söz verib.

“Hazırda heykəlin ucaldılması üçün bütün sənədlər hazırdır. Şəhər hakimiyyəti və kazak icması da razılığını bildirib”- deyə Ananyanç bildirib.  

Xatırladaq ki, bundan 3 il öncə – 2011-ci il mayın 28-də Soçinin Adler rayonunda Andranik Ozanyana ucaldılan heykəl şəhər meriyası tərəfindən 3 gün ərzində demontaj olunmuşdu.  

www.oxu.az