Son 10 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin 220 milyon kvadrat metri minalardan təmizlənib

Son 10 il ərzində 90-cı illərdə işğaldan azad olunmuş ərazilərdə 350 milyon kvadrat metrdən 220 milyon kvadrat metri minalardan təmizlənib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov deyib. İsmaylov qeyd edib ki, o ərazilərdə bu gün qəsəbələr tikilib, Fizuli, Ağdam, Göranboy, İmişlidə on minlərlə qaçqın və məcbur köçkün o ərzilərdə yaşayır…

 

Son 10 il ərzində 90-cı illərdə işğaldan azad olunmuş ərazilərdə 350 milyon kvadrat metrdən 220 milyon kvadrat metri minalardan təmizlənib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Nazim İsmayılov deyib. İsmaylov qeyd edib ki, o ərazilərdə bu gün qəsəbələr tikilib, Fizuli, Ağdam, Göranboy, İmişlidə on minlərlə qaçqın və məcbur köçkün o ərzilərdə yaşayır.

“Təkcə Füzuli rayonunun Zobcuq qəsəbəsində 12 min nəfər insan yaşayır. 2016-cı ilə qədər bu əraziləri tamamilə təmizləməliyik. Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra bu işləri orada da davam edəcəyik “, – ANAMA direktoru bildirib.

O qeyd edib ki, mina təmizlənmə işlərində bu gün 600-ə qədər insan işləyir və onlar lazımi avadanlıq ilə təchiz olunublar.

“Biz Türkiyə şirkətlərinin sifarişi əsasında Suriya ilə sərhəddə 2 ildir ki, mina təmizləmə işləri aparırıq. İndi bir böyük tenderdə iştirak edirik. Oraya 20-yə qədər şirkət qatılıb və onlardan 11-i qalıb, ANAMA da onların sırasındadır. Martda tenderin nəticələri elan olunacaq və ümid edirik ki, ANAMA orada qalib olacaq. Ümumiyyətlə, harada belə bir tədbir olsa, biz orada iştirak edəcəyik “, – İsmayılov deyib

 

Trend.az