Soyqırımın ən qəddarı Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasətidir

“Bədnam qonşularımız gələn il Türkiyədə guya “ermənilərin soyqırıma məruz qalmasının ” 100 illiyini qeyd etmək istəyirlər…

 

“Bədnam qonşularımız gələn il Türkiyədə guya “ermənilərin soyqırıma məruz qalmasının ” 100 illiyini qeyd etmək istəyirlər. Biz da onlardan çox, onlardan da köklü faktlara əsaslanan ədəbiyyat nəşr etməliyik, tədbirlər həyata keçirməliyik “. Trend xəbər verir ki, bunu ombudsman Elmira Süleymanova bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı “ndan irəli gələn vəzifələr və milli qanunvericilik ” mövzusunda keçirilmiş “dəyirma masa “da bildirib.

 

Tədbirdə “Azərbaycanda insan hüquqlarına dair MFP-nin tələblərindən irəli gələn vəzifələr və nəticələr ” mövzusunda çıxış edən E.Süleymanova qeyd edib ki, dünyada ilk dəfə olaraq genosidin qarşısını almaq və onu törədənləri cəzalandırmaq haqqında Konvensiya işləndi və qəbul olundu. Bu Konvensiya xüsusi əhəmiyyət kəsb edir.

 

Dünya tarixində bir sıra genosid aktlarının baş verdiyini deyən E.Süleymanovanın fikrincə, əslində ermənilər özləri soyqırım siyasəti həyata keçirirlər: “Soyqırımın ən qəddarı Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti zamanı ermənilər tərəfindən Azərbaycanda, Xocalıda törədilib. Əslində Xocalı soyqırımı son soyqırım olmadı. Bundan sonra da bir neçə yerdə özündə genosid əlamətlərini daşıyan bir sıra belə hadisələr baş verdi “. /Trend/