Ştefan Füle ATƏT-in uzunmüddətli münaqişələrin həlli üçün göstərdiyi səyləri alqışlayıb

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ATƏT-in uzunmüddətli münaqişələrin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri alqışlayıb…

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle ATƏT-in uzunmüddətli münaqişələrin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi səyləri alqışlayıb. Trend-in məlumatına görə, bu barədə Avropa Kommissiyasının rəsmi saytı xəbər verir. Ş.Füle ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşündən sonra verdiyi bəyanatında təşkilatın Aİ-nin qonşu ölkələrində, Şərq Tərəfdaşlığı regionu və Mərkəzi Asiyada vacib rolunu yüksək qiymətləndirib.

 

Ş.Füle bildirib ki, bu regionlarda ATƏT-in iştirakı demokratik islahatlar və dəyərlərə dəstək baxımından çox vacibdir. /Trend/