Stokholmda qondarma “erməni soyqırımı ” aksiyası baş tutmadı

İsveçin paytaxtı Stokholmda bir neçə həftədir hazırlıqları gedən ermənilərin və assuriyalıların qondarma “soyqırım ” aksiyası baş tutmayıb…

İsveçin paytaxtı Stokholmda bir neçə həftədir hazırlıqları gedən ermənilərin və assuriyalıların qondarma “soyqırım ” aksiyası baş tutmayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, buna səbəb aksiyaya heç kimin qatılmaması olub.

İsveç Türk İşçi Dərnləkləri Federasiyası xəbər verir ki, İsveç Erməni Federasiyası və assuriyalıların Stokholmun mərkəzi sayılan Sergel meydanında keçirdikləri aksiyaya turistlər belə biganə qalıb. İsveçdə 5 min erməni, 40 min assuriyalı yaşamasına və hava şəraitinin də əlverişli olmasına baxmayaraq, onlar mitinqdə iştirak etməyib, əvəzində isə piknikə getməyə üstünlük veriblər.

İsveç Erməni Federasiyasının üzvləri və bir-iki assuriyalı aksiyanın baş tutmamasından və həmvətənlərinin passivliyindən pərişan olublar. Belə ki, qondarma erməni soyqırımı aksiyasında bayraqların sayı insanlardan çox olub. İştirakçılara paylamaq üçün hazırlanmış broşürlər də təşkilatçıların əllərində qalıb.

 

/Trend/