Suriyada yüzlərlə yaraqlı məhv edilib

Yaxın 72 saatda Eş-Şayer tamamən yaraqlılardan azad edilə bilər…

Yaxın 72 saatda Eş-Şayer tamamən yaraqlılardan azad edilə bilər.

Suriyada Eş-Şayerdə hökumət qoşunları tərəfindən döyüşlər zamanı yüzlərlə “İslam dövləti” yaraqlısı məhv edilib.

Əyalətin qubernatoru Homs Təlal əl-Barrazi bəyan edib ki, Suriya ordusu strateji obyekti nəzarət altına qaytarmaq üçün əks-hücuma başlayıblar və yaxın 72 saat ərzində Eş-Şayer islamçı yaraqlılarından azad ediləcək.

Oxu.Az Vesti-yə istinadən hərbi mənbənin verdiyi məlumta görə ağır döyüşlərdən sonra mülli müdafiə qüvvələri taktiki geriçəkilmə fənni işlədiblər. “Bu qüvvələri qruplaşdırmaq və həlledci hücuma hazırlaşmaq üçün lazım idi”, – o açıqlama verib. Bandit qruplaşmaların əsasən də Ukeyrabat və Cebel-eş-Şayer dağı ətəyindən olan mövqelərinə güclü aviazərbələr endirilib. Nəticədə ekstremistlər canlı qüvvə və texnikada itkilər veriblər.

Hal-hazırda Suriyanın iri qaz sahəsində sərt döyüşlər gedir, amma vəziyyət getdikcə dəyişir, TASS bildirib.

Cari ilin iyul ayında Suriyanın yaraqlıların nəzarəti altına keçirdi. O zaman 270 hərbçi və obyektləri qoruyan fəhlələr bu hadisənin qurbanı oldu. On gün sonra isə Eş-Şayer suriya ordusunun elit hissələri tərəfindən azad edildi və islamçılar geri çəkildilər. Avqust və sentyabrda onlar yataqları ələ keçirmək üçün yenidən cəhd ediblər.


www.oxu.az