Təqsirləndirilən şəxsin Azərbaycana ekstradisiya ilə bağlı xərclərin həmin şəxsdən tutulması təklif olunur.
Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləşdirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilmiş xərclər məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Qeyd edək ki, hazırda bu xərclər dövlət hesabına həyata keçirilir.