Tacikistan prezidenti İŞİD-ə qarşı birgə mübarizə aparmağı təklif etdi

Bu qruplaşmanın fəaliyyətində MDB vətəndaşlarının iştirakı barədə məlumat var…

Bu qruplaşmanın fəaliyyətində MDB vətəndaşlarının iştirakı barədə məlumat var.

MDB ölkələrinin xüsusi xidmət orqanlarına “İslam dövləti” (İŞİD) adlandırılan qruplaşmadan gələn təhdidlərin aradan qaldırılması üzrə səylərini sıx koordinasiya etməyi tapşırmaq lazımdır.

Oxu.Az BELTA-ya istinadən xəbər verir ki, bu barədə bu gün Minskdə MDB dövlət başçıları Şurasının növbəti iclasında Tacikistan prezidenti Emoməli Rəhmon bildirib.

Tacik lider həmçinin bəyan edib ki, bu qruplaşmanın fəaliyyətində MDB vətəndaşlarının iştirakı barədə məlumat var.

www.oxu.az