Tarixçilərimiz xarici ölkələrə ezam olunacaqlar

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsi və toplu şəklində nəşr olunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı xarici ölkələrin arxivlərinə ezam olunacaq. Bu barədə cümə günü Trend-ə İnstitutundan bildiriblər.
Tarix İnstitutunun növbəti Elmi Şurasında institutun direktoru, AMEA-nın müxbir üzvü, Yaqub Mahmudov xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər qaldırıb… Trend.