The New York Times: “Azərbaycan rahatlıqla erməniləri Qarabağdan vurub çıxara bilər”

Amerikanın nüfuzlu The New York Times qəzetində Dağlıq Qarabağ münaqişəsi barədə yazı dərc edilib.
APA-nın məlumatına görə, nəşrin əməkdaşı Ellen Barry münaqişə bölgəsindən didərgin düşmüş azərbaycanlı qaçqınların durumu, beynəlxalq vasitəçilərin, o cümlədən Rusiyanın münaqişəyə yanaşması, Azərbaycan rəsmilərinin mövqeyi, habelə münaqişə çözümünün mövcud vəziyyətindən söz açır…Amerikanın nüfuzlu The New York Times qəzetində Dağlıq Qarabağ münaqişəsi barədə yazı dərc edilib.
APA-nın məlumatına görə, nəşrin əməkdaşı Ellen Barry münaqişə bölgəsindən didərgin düşmüş azərbaycanlı qaçqınların durumu, beynəlxalq vasitəçilərin, o cümlədən Rusiyanın münaqişəyə yanaşması, Azərbaycan rəsmilərinin mövqeyi, habelə münaqişə çözümünün mövcud vəziyyətindən söz açır. Məqalədə deyilir ki, Azərbaycan rahatlıqla erməniləri Qarabağdan vurub çıxara bilər, amma Rusiyanın öz müttəfiqi Ermənistana yardım edə biləcəyi güman edilir. Müəllifin fikrincə, hazırda Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi qüvvədə olsa da, bu münaqişə hər an alovlana bilər. Məqalə müəllifi qeyd edir ki, həm sıravi Azərbaycan vətəndaşları, həm də rəsmilər sülh istəsələr də, Azərbaycanın ərazi bütövlüyündən imtina etmək niyyətində deyillər.

Apa.