“Time”: Putin dünyada ən nüfuzlu adamlardan biridir

Siyahıda İran prezidenti Həsən Ruhani və KXDR lideri Kim Çen In da yer alır…

Siyahıda İran prezidenti Həsən Ruhani və KXDR lideri Kim Çen In da yer alır.

Amerikan jurnalı “Time” “Dünyanın 100 nüfuzlu adamı” siyahısına RF prezidenti Vladimir Putini daxil edib.

Oxu.Az  RİA Novosti-yə istinadən xəbər verir ki, siyahı nəşrin saytında 24 aprel tarixində dərc edilib.

Siyahıya daxil olan siyasi, din, incəsənət xadimləri və idmançılar heç bir qayda üzrə sıralanmayıblar. Onların siyahıya daxil olma səbəbini dəvət edilmiş ekspert şərh edib. 

Siyahıya daxil olan siyasətçilərin arasında – ABŞ prezidenti Barak Obama, ABŞ dövlət katibi Con Kerri, Çin lideri Si Tszinpin, Almaniya Kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani, KXDR lideri Kim Çen In, ABŞ sabiq dövlət katibi Hillari Klinton və Misirdə prezidentliyə namizəd, keçmiş müdafiə naziri Abdel Fəttah as-Sisi yer alır.

Redaksiya xüsusi kateqoriyaya insan hüquqları sahəsində seçilənlərin adlarını daxil edib. Bu kateqoriyaya Amerikanın xüsusi xidmət təşkilatlarını ifşa edən Edvard Snouden və gənc Pakistan hüquq müdafiəçisi Malala Yusufzayın adları düşüb.   

İncəsənət sahəsində ən nüfuzlu şəxslər kimi “Time” siyahıya: müğənni Mayli Sayrus, Beyons, aktyorlardan Mettyu Makkonaxi və Benedikt Kambetrpetça, yazıçı Arundati Roy və rəssam Marina Abromoviçin adlarını daxil edib. Ən nüfuzlu din xadimi isə “Time”-a görə Roma papası Fransiskodur.

Rusiya liderinin beynəlxalq arenada nüfuzunu əvvəllər başqa nəşrlər də qeyd edirdi. 2013-cü ilin sonunda Britaniyanın nüfuzlu qəzetlərindən olan “Times” Putini “Beynəlxalq arenada ilin adamı” adlandırıb. Oktyabr ayının sonunda “Forbes” jurnalının versiyasına görə Rusiya dövlət başçısı dünyanın ən nüfuzlu adamları reytinqində ilk pillədə idi. 2007-ci ildə Amerika jurnalı “Time” RF prezidentini “İlin adamı” adlandırıb.

www.oxu.az