“Transneft” Bakı-Novorossiysk neft kəmərini bağlamamağı qərara aldı

Tərəflər arasında müqavilənin vaxtı uzadılacaq…

Tərəflər arasında müqavilənin vaxtı uzadılacaq.

 

“Transneft” Bakı-Novorossiysk neft kəmərini bağlamamağı qərara alıb. Neft kəməri istifadədə qalacaq. Buna səbəb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), Azərbaycan neftinin transportirovkası üzrə müqavilənin vaxtını uzadılması barədə müraciəti olub.

 

Oxu.Az Rbc.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya transport şirkətinin rəsmi nümayəndəsi İqor Demin xəbər verib.

 

“Biz artıq bağlamağa hazırlaşırdıq, amma Azərbaycan tərəfi keçən həftə, vaxtı 2014-cü ildə bitən, müqavilənin müddətinin uzadılması barədə müraciət etdi. Hal-hazırda biz, 14 fevrala qədər qüvvədə olan müqaviləni əvəz edəcək yeni kommersiya müqaviləsinin hazırlanması üzərində işləyirik” – deyə bildirib.

 

Demin əlavə edib ki, tərəflər arasında ötürülən neftin həcmi, tarifləri, neftin keyfiyyəti məsələləri də müzakirə ediləcək.

 

Bundan başqa, “Transneft”in nümayəndəsi bildirdi ki, gələcək müqavilədə SOCAR tərəfindən təsdiqlənmiş həcmdə neftin ötürülməsinin qərənti nəzərə alınmalıdır.

 

Xatırladaq ki, 2013-cü ilin mayında RF baş naziri Dmitri Medvedyev Rusiya və Azərbaycan arasında bağlanmış azərbaycan neftinin (Bakı-Novorossiysk kəməri ilə) tranziti barədə müqavilənin müddətinin dayandırılması barədə sərəncam imzalayıb. 2013-cü ilin sonuna qədər neftin ötürülməsi müqaviləyə əsasən yerinə yetirilib.

 

2013-cü il ərzində Azərbaycan Novorossiyskdən keçən kəmərlə 1,751 milyon ton, 2012-ci ildə isə 2,06 milyon ton neft ötürüb. Supsa limanı vasitəsilə 2,726 milyon ton, Ceyhan vasitəsilə – 19,748 milyon ton neft ötürülüb.

 

“Transneft” xəbər vermişdi ki, SOCAR cari müqavilədə nəzərdə tutulmuş həcmə görə üstəliklərini yerinə yetirmir, bu isə Azərbaycanla sərhəddə yerləşən Şirvanovka sahəsinin konservasiyasına səbəb ola bilərdi.

 

SOCAR Bakı-Novorossiysk kəməri üzrə neftin ötürülməsini 2014-cü ilin birinci yarısında dayandırmağı planlaşdırırdı. Eləcə də xəbər verilib ki, bu kəmər üzrə ötürüləcək neft Bakı-Tbilisi-Ceyhan neft kəmərinə istiqamətlənə bilər.

 

/oxu.az/