… 3. Bu Protokolun nəzərdə tutduğu məsələlərin sürətli bir şəkildə həll edilməsi üçün ayrı-ayrı alt komissiyaların daxil olduğu ikitərəfli Hökumətlərarası Komissiya yaratmaqla bağlı razılığa gəlinir. Bu Hökumətlərarası Komissiyanın iş prinsiplərini hazırlamaq üçün Protokolun qüvvəyə minməsindən keçən iki ay ərzində hər iki ölkənin xarici işlər nazirliklərində işçi qrupları yaradılacaq. İşçi qrupları protokolun qüvvəyə minməsindən keçən 3 ay ərzində iş prinsiplərini hazırlayacaq, nazirlər isə bu sənədi imzalayacaqlar. Alt Komissiyalar hökumətlərarası komissiyaların fəaliyyətə başlamasından keçən 1 ay müddətində fəaliyyətə başlayacaqlar. Lazım olacağı təqdirdə, alt komissiyalara xarici mütəxəssislər də dəvət edilə bilər.