ATƏT-in institutudur və onun tərkibindəki dövlətlərin sayını ATƏT müəyyən edir. ATƏT-in növbəti sammitində belə narazılıq olsa, əlbəttə, Azərbaycan öz fikirini açıqlaya bilər. Son zamanlar …Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Türkiyənin Minsk qrupunda təmsilçiliyi gündəmdədir.
“Türkiyənin Minsk qrupunda təmsilçiliyi gündəmdədir. Təklifləri dəyərləndirmək isə yalnız ATƏT-ə məxsusdur “, – Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Trend-in arayışı: Azərbaycan Minsk qrupunun həmsədrliyində Türkiyənin təmsilçiliyini istəyir.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Trend