MPT-76 avtomatı ilə bir neçə xarici ölkə də maraqlanır…
MPT-76 avtomatı ilə bir neçə xarici ölkə də maraqlanır.
Türkiyə Silahlı Qüvvələri yerli istehsal olan piyadaların silahından istifadə edəcək.
Oxu.Az-ın Lent.Az-a istinadən verdiyi xəbərə görə, “Milli Piyada Tüfəngi”nin qısaldılmış forması “MPT” 7, 62 mm çaplıdır. 200 ədəd “MPT-76” Quru Qoşunlarına artıq təqdim edilib.
Bu silah Türkiyə mühəndisləri və işçiləri tərəfindən hazırlanıb. Onun bütün sənaye, ideya və mülkiyyət hüququ Türkiyə Müdafiə Sənayesi Katibliyinə məxsusdur.
Silahın kütləvi istehsalına 2014-cü ilin sonundan başlanılacaq.
Mənbə bildirib ki, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan və Cənubi Koreya “MPT-76” ilə maraqlanır.
/oxu.az/