Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi: “20 Yanvarda Azərbaycan xalqının mübarizə ruhunu və müstəqilik arzusunu ortaya qoyub”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bəyanat verib…

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı bəyanat verib.

 

APA-nın verdiyi məlumata görə, Halil Akıncı 20 yanvar 1990-cı ildə Azərbaycan xalqının mübarizə ruhunu və müstəqilik arzusunu ortaya qoyduğunu bildirib.

 

Bəyanatda qeyd edilib ki, SSRİ ordusu tank və zirehli texnikanın müşayiəti ilə Azərbaycan xalqının müstəqillik mübarizəsinin qarşısını almaq üçün 1990-cı il 19 yanvar gecəsi Bakıya daxil olub və şəhərin strateji nöqtələrini işğal edib. Ancaq artıq SSRİ imperiyasının bir parçası olmaq istəməyən Azərbaycan xalqı silahsız olsa da, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün sovet ordusunun qarşısına çıxıb: “Sovet ordusu aralarında uşaqlar da olmaqla, 137 nəfəri qətlə yetirib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs edilib. Bu mənfur olay Azərbaycan xalqının müstəqilliyinə qovuşmaq əzmini möhkəmləndirib. Qətiyyətli və əzmli mübarizə nəticəsində Azərbaycan 1991-ci ildə müstəqilliyinə qovuşub, qısa bir zaman ərzində sürətlə inkişaf edərək beynəlxalq aləmdə mötəbər ölkələrdən birinə çevrilib”.

/Apa/