Türkiyə daha Azərbaycandan “al və ya ödə” prinsipi ilə qaz almayacaq

Bu ölkənin energetika naziri mühüm açıqlama ilə çıxış edib…

Bu ölkənin energetika naziri mühüm açıqlama ilə çıxış edib.

2015-ci ildən etibarən Türkiyə Azərbaycandan “al və ya ödə” prinsipi üzrə qaz tədarükündən imtina etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziriTaner Yıldız NTV telekanalına bildirib.

Nazirin sözlərinə görə, artıq ötən il Rusiyadan bu prinsip üzrə qaz tədarükü dayandırılıb.

“İran ilə “al və ya ödə” prinsipi üzrə qaz tədarükünü bu il Azərbaycan ilə 2015-ci ilin sonunda bitərəcəyik. Bu, o deməkdir ki, bizim pulunu verib almadığımız heç bir təbii qaz həcmi qalmayacaq”.

Qeyd edək ki, “al və ya ödə” prinsipi o deməkdir ki, ölkə qaz tədarük edən digər ölkə ilə bir il ərzində alacağı qazın həcmini müəyyənləşdirir və ona görə ödəniş edir. Bu zaman həmin ölkə razılaşdırılan həcmdən az miqdarda qaz alarsa, ödənilən vəsait geri qaytarılmır.  

www.oxu.az