Türkiyə Ordusuna Suriya və İraqda hərbi əməliyyatlar aparmasına icazə verilib

Cənubda olan quru sərhədlər böyük təhdid altındadır…

Cənubda olan quru sərhədlər böyük təhdid altındadır.

Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə xarici ölkələrdə hərbi əməliyyatları aparmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu gün Türkiyə parlamentində sözügedən qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb. 3 dəqiqə davam edən səsvermə zamanı 298 millət vəkili (parlamentdəki deputatların yarıdan çoxu) qanun layihəsinin qəbul edilməsinə səs verib.

Qeyd edəki, töən gün Türkiyə baş naziri Əhməd Davudoğlu Türkiyə Silahlı Qüvvələrinə xarici ölkələrdə hərbi əməliyyatları aparmasını nəzərdə tutan qanun layihəsini parlamentə göndərmişdi.

Qanun layihəsində bildirilirdi ki, Türkiyənin cənubda olan quru sərhədləri böyük təhdid altındadır. Suriya və İraqda olan terror qruplaşmaları ölkə sərhədlərinin təhlükəsizliyini təhdid edir.

www.oxu.az