Quru Qoşunlarının komandiri, ordu generalı Hulusi Akar xəbəri təsdiqləyib…
Quru Qoşunlarının komandiri, ordu generalı Hulusi Akar xəbəri təsdiqləyib.
Türkiyə əsgərləri Suriyaya girib. Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın Suriya ərazisinə daxil olmasına dair foto Twitter sosial şəbəkəsində paylaşılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə Quru Qoşunlarının komandiri, ordu generalı Hulusi Akar xəbəri təsdiqləyib.
O bildirib ki, Türkiyə əsgərləri Suriyadakı “Süleyman Şah türbəsi”nə doğru irəliləyir.
Ordu generalı əlavə edib ki, Türkiyə hərbçiləri “Süleyman Şah türbəsi”ndə fövqəladə vəziyyət yarandığı üçün əraziyə göndərilmir. Onun sözlərinə görə, hərbçilərin əraziyə göndərilməsi planlı bir fəaliyyətin nəticəsidir.
/oxu.az/