“Ümidvaram ki, uzatdığımız əl havada qalmaz”….
“Ümidvaram ki, uzatdığımız əl havada qalmaz”.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın qondarma “erməni soyqırımı” barədə səsləndirdiyi mesajı şərh edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Davudoğlu bu çağırışa cavab veriləcəyinə ümid etdiyini deyib.
“Tarix ağ-qara deyil. Hamı başqalarının kədərini bölüşmək böyüklüyünü göstərməlidir. Ümidvaram ki, uzatdığımız əl havada qalmaz. Türkiyə heç bir açıqlamanı təzyiq altında vermir. Həmçinin bu, vaxtaşırı verilən dövri bir açıqlama deyil”.
Bunun bir çağırış olduğunu deyən Əhməd Davudoğlu bu çağırışa cavab veriləcəyinə ümid etdiyini deyib.
Xatırladaq ki, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinə dair açıqlama verib. Baş nazir açıqlamasında 1915-ci il hadisələri zamanı digər millətlərlə yanaşı ermənilərin də o dövrdə yaşadıqları kədərli xatirələri yada salmalarını anlamanın və bölüşmənin insani bir vəzifə olduğunu deyib. Baş verənlərin tarixçilər tərəfindən araşdırılması üçün növbəti dəfə səslənən Ərdoğan bu çağırışın qüvvədə olduğunu qeyd edib.