Türkiyədə “İslam Dövləti” qruplaşmasının 19 üzvü həbs olunub

Onlar barəsində istintaq tədbirləri aparılır…

Onlar barəsində istintaq tədbirləri aparılır.

Türkiyənin Qaziantep əyalətində “İslam Dövləti” qruplaşmasının üzvləri həbs olunub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “CNN Türk”  telekanalına müsahibəsində əyalət valisi Erdal Ata bildirib.

“Bizim əyalətdə həbs olunanlar var, onlar barəsində istintaq tədbirləri aparılır. Terrorçuluq fəaliyyətinə başlamayan şəxslər vətəninə göndərilir, qalanları isə istintaqa cəlb olunub. Ümumilikdə, 19 nəfər həbs olunub”, deyə vali bildirib.

Onun sözlərinə görə, saxlanılan və həbs olunan şəxslər arasında Avropa və Qafqaz ölkələrindən Türkiyəyə gələn şəxslər də var: “Onlar aeroportda və ya sərhəddə saxlanılır”, deyə Ata bildirib.

Vali şəhərdə “İslam Dövləti”nin təlim düşərgələrinin olması barədə iddiaları təkzib edib.

www.oxu.az