Türkiyədən ermənilərə daha bir zərbə

Ötən il qardaş ölkəyə 73365 erməni gedib…

Ötən il qardaş ölkəyə 73365 erməni gedib.

Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini qaldırıb. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə Ermənistan vətəndaşları üçün vizanın qiymətini 15 dollardan 25 dollara qaldırıb. 

Bu barədə Türkiyə ərazisində yerləşən sərhəd-keçid məntəqəsinin viza bölməsinin əməkdaşı bildirib. Onun sözlərinə görə, aprel ayının 14-dən Türkiyəyə getmək istəyən Ermənistan vətəndaşları üçün vizanın qiyməti 10 dollara qədər artırılıb.

Qeyd edək ki, Türkiyə sərhədində Ermənistan vətəndaşlarına viza 30 günlüyə verilir. Ötən il Türkiyəyə 73365, 2012-ci ildə isə 70956 erməni gedib.

www.oxu.az