Türkiyənin cənubundakı Suruç şəhərində terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadının 270 yaraqlısı saxlanılıb…
Türkiyənin cənubundakı Suruç şəhərində terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadının 270 yaraqlısı saxlanılıb. Onlar ölkə ərazisinə Suriyanın Kobani şəhərinin dinc sakinləri ilə birgə keçiblər. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı “Kanal7 ” telekanalı məlumat yayıb.
Saxlanılan yaraqlıların hamısı bir müddət əvvəl PKK-nın Suriya qanadına məxsus düşərgələrdə xüsusi hazırlıq keçiblər.
Hazırda PKK yaraqlılarının Türkiyə ərazisinə keçidinin səbəbləri araşdırılır.
/Trend/