Türkiyə səfiri: Biz hər zaman Azərbaycana güvənmişik

“Əgər hardasa türk dünyasına ədalətsiz davranarlarsa, biz buna qarşı bərabər mübarizə aparacağıq”…

“Əgər hardasa türk dünyasına ədalətsiz davranarlarsa, biz buna qarşı bərabər mübarizə aparacağıq”.

Türkiyənin AR-dakı səfiri İsmail Alper Coşkun ölkəsinin hər zaman Azərbaycana güvəndiyini deyib.

Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, səfirin bildirdiyinə görə, AR prezidenti İlham Əliyevin Praqadakı çıxışından sonra ölkə başçımıza təşəkkür edib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə türk dünyasına qarşı hipotetik təhlükələrlə mübarizə aparmağa hazırdır: 

“Əgər hardasa türk dünyasına ədalətsiz davranarlarsa, Azərbaycan və Türkiyə buna qarşı bərabər mübarizə aparacaqlar”.

Türkiyə səfiri Azərbaycanda açıq cəmiyyətlərin Qlobal Forumundan danışarkən bildirib ki, bu, bizim ölkənin beynəlxalq arenada yüksələn nüfuzu sayəsində mümkün olub.

www.oxu.az