Türkiyədə F-16 qəzaya uğradı

Pilot katapult edib…

Pilot katapult edib.

Türkiyədə F-16 döyüş təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az-ın Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin Merzifonda 5-ci bazasından bu gün yerli vaxtla saat 10:49-da planlı təlim uçuşu üçün havaya qalxan F-16C təyyarəsi saat 12:05-də Merzifondan 36 km aralıda naməlum səbəblərdən qəzaya uğrayıb.

152-ci hava donanmasına aid təyyarənin pilotu katapult edərək xilas olub. 

www.oxu.az