Ukrayna BVF-dən 17 milyard dollar alacaq

Stand by proqramı müəyyən şərtlər üzrə kredit imtiyazları açmağı təklif edir…

Stand by proqramı müəyyən şərtlər üzrə kredit imtiyazları açmağı təklif edir.

Beynəlxalq valyuta fondu (BVF) Ukraynaya 17 milyard məbləğində kredit ayırmağı qərara alıb.

Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Reuters-dən bildiriblər.

BVF iki illik stand by proqramını dəstəkləyərək Ukraynaya 17 milyard dollar həcmində vəsait ayırmağı qərara alıb. İlk köçürmə 3,2 milyard həcmində olacaq, sonrakı köçürmələrin həcmi isə iki ayda bir dəfə keçirilən inspeksiyaların nəticəsində müəyyənləşdiriləcək. 

Bir müddət öncə Ukraynanın maliyyə naziri Aleksandr Şlapak bəyan edib ki, ölkə BVF-dən stand by proqramı çərçivəsində 16,8 milyard ABŞ dollar həcmində kredit almağa ümid edir.

Stand by proqramı dövlət iqtisadiyyatı, büdcə konsolidasiyasına tabe olan şərtlər altında kredit açmağı nəzərdə tutur. Adətən bu tədbirlərə özəlləşdirmə şərtləri və monopolist xidmətləri üçün qiymətlər də əlavə edilir. 

www.oxu.az