“Bu, özəl kanaldır”…
“Bu, özəl kanaldır”.
Ukrayna XİN jurnalistləri idarənin tövsiyələrinə qulaq asmağa və Dağlıq Qarabağa giriş üçün Azərbaycan tərəfinin qaydalarına riayət etməyə çağırıb.
Oxu.Az Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN mətbuat katibi Yevgeni Perebiynis Ukrinform-a Azərbaycanın Ukraynadakı səfirliyinin “1+1” kanalının yayımladığı “15 respublika” verilişinə görə Ukrayna XİN-ə göndərdiyi notası ilə əlaqədar şərhdə bildirib.
“Bizim saytımızda xüsusi tövsiyələr var, bu tövsiyələrdə dəqiq yazılıb ki, həmin regionlara səfər etmək üçün (proqramda – Red.) müvafiq Azərbaycan orqanlarının razılığı lazımdır. Və biz hər zaman bütün jurnalistləri bu normalara dəqiq riayət etməyə çağırırıq”, – Perebiynis deyib.
O qeyd edib ki, jurnalistlər tərəfindən Azərbaycan Respublikasının qaydaları pozulub, eləcə də Ukrayna XİN-in tövsiyələri dinlənilməyib.
“Bu, özəl kanaldır, biz özəl kanallarla direktiv verə bilmərik. Amma istənilən halda bütün jurnalistləri bu normalara riayət etməyə çağırırıq. Təbii ki, bizim öz mövqeyimiz kanalın rəhbərliyinə çatdırılacaq”, – XİN nümayəndəsi əlavə edib.