Qəribov əl və ayağını itirib…
Qəribov əl və ayağını itirib.
Ukraynanın Donetsk vilayətinin Petrovsk rayonunda azərbaycanlı iş adamı, diaspor üzvü ağır yaralanaraq bir ayağını və qolunu itirib.
Oxu.Az-ın məlumatına görə, Donetsk Vilayət Şurasının deputatı, vilayət üzrə azərbaycanlılar Konqresinin sədri Malik Piverdiyevin APA-ya açıqlamasında bildirdiyinə görə, bu 42 yaşlı Ukrayna vətəndaşı, Gürcüstanda doğulmuşErizbər Qəribovdur.
İki gün əvvəl Azərbaycanlı iş adamının Petrovsk rayonundakı evi qumbaraatanla atəşə tutulub. Həmin vaxt evinin qarşısında olan iş adamı ağır yaralanaraq sağ ayağını və sağ qolunu itirib. O, hazırda Dnepropetrovsk şəhərinə gətirilərək oradakı klinikaların birində müalicə olunur, vəziyyəti ağırdır.