Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Azərbaycanda baytarlıq üzrə qanunvericiliyin təkmilləşdirilməsinə texniki dəstək göstərə bilər

Kənd təsərrüfatı naziri Heydər Əsədov Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Avropa nümayəndəliyinin rəhbəri Kazimiras Lukauskasla görüşüb…

Kənd təsərrüfatı naziri Heydər Əsədov Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Avropa nümayəndəliyinin rəhbəri Kazimiras Lukauskasla görüşüb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı nazirliklə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı arasında əmədaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən Azərbaycanda həyata keçirilməsi planlaşdırılan atçılıq yarışları ilə bağlı baytarlıq baxımından təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüşdə, həmçinin baytarlıq üzrə milli qanunvericiliyin təkmilləşdirilməsi sahasində təşkilat tərəfindən texniki dəstəyin göstərilməsi və heyvanların identifikasiya sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı heyvanların sağlamlığı sahəsində ixtisaslaşan beynəlxalq hökumətlərarası təşkilatdır və 178 ölkə təşkilatın üzvüdür. Azərbaycan bu təşkilata 1995-ci ildə üzv olub.

 

Trend.az