ÜDM-in 44,3 faizi sənayenin payına düşüb…
ÜDM-in 44,3 faizi sənayenin payına düşüb.
2014-cü ilin yanvar-sentyabr aylarında ölkədə 44,1 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Oxu.Az xəbvər verir ki, Dövlət Statistika Komitəsindən verilın məlumata görə, qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,0 faiz artmış, neft-qaz hasilatı və emalı sahələrində isə 2,0 faiz azalmışdır.
“ÜDM-in 61,6 faizi istehsal sahələrində, o cümlədən 44,3 faizi sənayedə, 11,9 faizi tikintidə, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 31,2 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Xidmət sahələrində yaradılmış əlavə dəyərin 25,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,4 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,0 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilmişdir.
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir”, – məlumatda deyilir.