“Göstərilən səylər nəticə verəcək”…
“Göstərilən səylər nəticə verəcək”.
UNİCEF-in Bakı nümayəndəliyi 15 yaşlı Azərbaycan vətəndaşı, Tərtər rayon sakini Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, nümayəndəlikdən APA-ya bildirilənə görə, UNİCEF bütün dünyada uşaqlara qarşı zorakılığın əleyhinədir.
Beynəlxalq təşkilat sözügedən məsələdə də uşaq hüquqlarının və beynəlxalq konvensiyaların əsas tutulmasını vacib hesab edir:
“Lakin UNİCEF bu işə cəlb olunmayıb. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Cavid Məmmədovun məsələsi ilə məşğul olur və bu istiqamətdə göstərilən səylər nəticə verəcək”.