Dərc olunan materialda həmçinin foto-sənədlər təqdim edilib…
Dərc olunan materialda həmçinin foto-sənədlər təqdim edilib.
“VTC” Vyetnam nəşrində Xocalı soyqırımı haqqında material dərc edilib.
Oxu.Az AZE.az-a istinadən bildirir ki, AR XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, dərc olunmuş “Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanda törədilmiş dəhşətli qətliam faktı” materialında Xocalı soyqırımında günahkar olan hər bir kəsin cəzalandırılması tələb edilir.
Nəşrdə belə cinayətə bir daha yol verməməyə çağırış səslənir. Məqalədə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən vəhşiliklərdən danışılır.
Xəbər verilir ki, cinayət nəticəsində 63 uşaq, 106 qadın, 70 ahıl daxil olmaqla 613 nəfər qətlə yetirilib. Məqalədə foto-sənədlər təqdim edilib.
Məqalədə Xocalı soyqırımının hələ də beynəlxalq ictimaiyyət tərəfindən hüquqi qiymət almadığı vurğulanır.