Noyabr ayının 25-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə maliyyə dəstəyi ilə nəşr olunmuş “Azərbaycan Multikulturalizmi. Etnik müxtəliflik xəzinəsi” adlı kitabın təqdimat mərasimi baş tutub.
Etikxeber.az-ın xəbərinə görə, tədbir zamanı gənc ictimai fəal Kənan Həmzəoğlunun “Xəmsə” sənədli filmlər
seriyasına daxil olan “Şərqin tolerantlıq qapısı” adlı filmi də qonaqlara təqdim edilib.
Tədbiri giriş sözü ilə açan BBMM-in icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, “Bu film BBMM-in təşkilati dəstəyi ilə hazırlansa da, Kənan filmin bütün ağırlığını təkbaşına üstlənmişdi.Düşünürəm ki, kifayət qədər uğurlu alınıb”.
Dini Qurumlarlaİiş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, “Gözəl ssenari və maraqlı çıxışların şahidi olduq.Təklif edirəm bu film ingilis dilinə tərcümə edilsin və Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə müxtəlif xarici ölkələrdə nümayiş etdirilsin”.
Azərbaycan İlahiyyat İnistutunun rektoru Ceyhun Məmmədov öz növbəsində M. Qurbanlının fikirlərinə şərik çıxaraq, vurğulayıb ki, “Filmin ingilis dilinə tərcümə edilib müxtəlif xarici ölkələrdə nümayiş etdirilməsi gözəl ideyadır.Məncə bu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından olduqca əhəmiyyətlidir”.
Sonda K. Həmzəoğlu tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Etikxeber.az