Xaçaturov: Rusiya kömək edəcək

“Bu, sadəcə epizoddur”…

“Bu, sadəcə epizoddur”.

Azərbaycanla müharibə başlasa Rusiya Ermənistana yardım edəcək.

Oxu.Az arminfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan SQ Baş qərargah rəisi Yuri Xaçaturov bəyan edib.

Onun sözlərinə görə, erməni-Azərbaycan sərhədində yaxın günlərdə Yerasxa istiqamətində baş verən insident sadəcə epizoddur, müharibə yox.

“Əgər müharibə olarsa Rusiya bizə yardım edəcək”, – o bunu Rusiyanın belə hallarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi kimi niyə yardım etməməsi barədə suala cavab verərkən bəyan edib.

Xaçaturov əlavə edib ki, bugünkü şərtlərdə Moskva tərəfindən dəstək isə erməni zabitlərinin RF hərbi məktəblərində təlim keçmələrindən və Ermənistana müasir hərbi texnikanın çatdırılmasından ibarətdir. Moskvanın eyni texnika ilə Azərbaycanı da təmin etməsi haqqında replikaya isə Xaçaturov reaksiya verməyib.

www.oxu.az