Ermənistan SQ-nin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin nizamlanmasında əsas məqamdır…
Ermənistan SQ-nin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin nizamlanmasında əsas məqamdır. Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov belə hesab edir.
Trend-in cümə günü “TRT Haber ” telekanalına istinadən verdiyi məlumata görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vanda Türkiyə, İran və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunu üzrə deyib ki, Azərbaycan bütün ölkələrlə, o cümlədən Ermənistanla əməkdaşlığa hazırdır. Lakin bu ölkə anlamalıdır ki, onun silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidirlər.
Nazir qeyd edib ki, bu, hansısa şərt deyil, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların əsas məqamıdır.
/trend/